Poker haqqında hansı filmlərə baxmağa dəyər?

poker-filmleri-tovsiyyeleri

Poker — populyar kart oyunudur, qayda biliyi və blöf etmə bacarığına əsaslanır. Uğur faktoruna baxmayaraq, təcrübəli oyunçular , güclü əli olmadan da masadaki fişləri toplaya bilirlər. 

Pokerin bir çox növü var, lakin ən populyar olan Texass Xoldemidir, bu oyunda yalnız iki kartdan paylanır.

Oyun o qədər populyardır ki, onun haqqında tez-tez filmlər çəkirlər. Sizin baş roldaki qəhramanların poker oynadığı bir neçə bədii filmlərə diqqət yetirməyinizi istəyirik. 

Fırıldaqçılar

Filmin 1998 ildə çıxmağına baxmayaraq, o hələ də izləyicilər və poker həvəskarları tərədindən isti qarşılanır. Bu şah əsəri ölümsüz klassika kateqoriyasına aiddir. 

Baş qəhramanlar kimi bu kart oyununun iki professionalı çıxış edir. Dostlardan biri qarşısındakinin emosiyalarını çox yaxşı oxuya bilir. O Las - Veqasda turnirə düşmək və orada çempion titulu üçün yarışmaq istəyir. Lakin axırıncı oyunda o bütün pullarını itirir və adi işə düzəlir. 

Amma onun bir dostu var, və o fırıldaq yolu ilə pokerdən pul qazanır. Təəccüblü deyil ki, gec olmadan o pis vəziyyətə düşür. İndi bu iki pokerçilərin, böyük borcu qaytarmağa cəmi bir neçə günü var . Onlar riskə gedib təhlükəli qanunsuz turnirdə iştrak etməyə məcbur olurlar. 

Mollinin oyunu

Bu əsər 2017- ci ildə buraxılıb. Süjet Molli Blumun tərcümeyi-halı əsasında qurulub, o gizli, yeraltı poker klubu yaratmağı ilə məşhurdu. 

Molli xizəklə məşğul olanda zədə alır - artıq o idman karyerasını davam etdirə bilmir. Blum poker oyunları asistenti işinə düzəlir və görür ki, onun təşkilatçılıq bacarığı var.

Tezliklə onun “karyerası” FBİ diqqətinu çəkir, və polis ova başlayır. Film professional poker oyunçularına maraqlı olacaq , çünki əsər oyunçuların qarşılaşdığı problemləri təsvir edir. 

Meverik

Sevilən klassika kateqoriyasına aid olan daha bir bədii əsər. Bu macəra və komediya filmidir, orada bir poker fırıldaqçısının hekayəsindən bəhs edir. Fırıldaqçı çempionatda iştrak etmək üçün 25 min dollar yığmaq istəyir. Baş qəhramanın, hər zaman bir- birinə zərər verən “dostları” var. Onlar digər iştrakçılara hiylə edərək qabaqlayıb, əsas mükafat olan- yarım million dolları əldə etmək istəyirlər. 

Bu film təkcə poker həvəslarları üçün deyil, yaxşı aktyor oyunu sevənlərin də xoşuna gələcək. Mütləq ki Vəhşi Qərbin atmosferi və qəhramanların düşdüyü komik hadisələr sizin xoşunuza gələcək. Evdə izləmək üçün əla seçimdir.

Şanslı biri

2007-ci ildə çıxan dram, — diqqət mərkəzində professional pokerçi, hansı ki risk etmək bacarığı sayəsində karyera qurub. O böyük poker yarışmasında iştrak etmək istəyir, lakin mərc asılılığına görə lazım olan məbləği yığa bilmir. 

Qemblinq meyilliliyinə görə ailəsi və sevdiyi qızla münasibətləri korlanır. Filmdə olan əsas süjet dəyişikliyi qəhramanın atasının həmin turnirdə iştrak etmək istəyidir. Siz yəqin ki artıq təxmin etmisiz ki, onlar finalda təkbətək görüşəcək. 

Oyunçu (Xay-Roller)

Tərcümeyi hal filmi, hansı ki, Styu Anger adlı məşhur professional poker oyunçusu haqqında bəhs edir. O üç dəfə WSOP adlı əsas tədbirdə birinci yer tutur, bu ona pokerin Şöhrət Zalı üzvü titulu gətirir.

Anger demək olar ki ideal yaddaşa sahibdir — o cavanlıqdan oynamağa başlayıb. Təəssüf ki, onun həyatında əsas rəqib, poker masası arxasında olan oyunçular deyil, narkotik oldu.

Əgər bu insanın hekayəsi sizə maraqlı gəldisə, onun daha ətraflı tərcümeyi halı var, onunla tanış ola bilərsiz.

Nəyi xatırlamaq vacibdir?

Demək olar ki pokerlə bağlı istənilən filmdə insanların qemblinq asılılığı qırmızı xəttlə göstərilir. Emosiyaları kontrol etməyi bacarmaq və asılılıqdan vaz keçmək vacibdir, çünki o həyatları məhv edir. Tövsiyyə olunur ki, pokerə adi oyun kimi davranılsın, məqsəd yalnız prossesdən sevinc və zövq almaqdır.