Onlayn kazinoda yalan: necə dələduz qurbanı olmayasan

kazino-deladuzlugundan-qorunma-yollari

İnternetdə, uzun müddət fəaliyyət göstərən kazinolar var, istifadəçilər vəsait çıxartma funksiyasında, onlara arxayın ola bilər. Lakin, elə dələduzlar var ki, müştəriləri cəlb edib pullarını yığırlar, və mükafat qazanmaq imkanı vermirlər. 

Adam kazino saytına daxil olanda, keyfiyyətli xidmət görmək istəyir. Slotlar və digər qumar oyunlarının əsasında uğur faktoru var. Kazinoda böyük məbləğ udmaq nisbətən çətindir, lakin dələduzlar istənilən məbləğdə pul almağ şansı buraxmırlar. 

Gəlin baxaq, adi onlayn kazino müştərisi, nədən qorunmalıdır. 

Məşhur şirkətlərlə oxşar və ya tamamilə kopyalanmış ad 

Dələduz populyar kazino adi ilə sayt yaradır. Nümunə kimi PinUp şirkətin götürək. Cani saytın ünvanında bir hərfi dəyişur, amma əsas səhifəni eyni dizaynda hazırlayır. Bu cür layihələrin ömrü nadir hallardq 1-2 aydan çox olur. Lakin bu vaxt ərzində onlar çox sayda istifadəçi cəlb edə bilirlər. 

Hətta ilk həftə oğrular kiçik məbləğləri pul kisəsinə və ya bank hesabına köçürtməyə imkan yarada bilər. Lakin, bir müddət sonra, onlar müştərilərin depozitləri ilə bir yerdə yoxa çıxır və saytı bağlayır. Ona görə də kazinonun adin diqqətlə oxumaq lazımdır — orada səhf gizlənə bilər. 

Slotların ayarlarının dəyişilməyi

Ən çox yayılan aldatma üsulu - geri qaytarılan faizin (RTP göstəricisi) dəyişməsi. Dələduz saytda “qırılmış” proqram təminatı yerləşdirir. Bu oğruya, gəliri daha rahat kontrol etməyə imkan verir. Əksər hallarda bu cür slotların RTP göstəricisi 10-20% aşağıdır. 

Bonuslar üçün yalançı şərtlər 

Dələduz bonue ala bilmək imkanı haqqında deyir, lakin xırda şriftlərlə yerinə yetirilməsi çətin olan şərtləri yazır. Hətta leqal kazinoda bonusları geri oynamaq funksiyası var. Lakin cani, çox çətin şərtlər qoyur, və geri oynaya bilmək müddətini azaldır 

Məsələn, bonusda yazılıb, bu vəsaitlər yalnız istifadə etdiyiniz məbləğ qeyd olunan limiti keçmədiyiniz, halda geri oynanıla bilər. Lakin istifadəçi aksiya bitənə qədər o bonusu geri oynaya bilməsi üçün, məbləğin həcmi çox kiçikdir. Əlavə olaraq dələduz geri oynamaq üçün real olmayan müddətdə vaxt verir (1 gün və hətta 1 saat). Bonus əldə etmək üçün oyun avtomatları seçimi böyük deyil. 

Vəsaitləri çıxartmaqda rədd cavabı

Bu daha bir yayılmış sxemdir. Oğru öncə bir çox müştəri üçün kiçik məbləğlər çıxardır. Qırılmış proqram təminatı istifadəçiyə nisbətən çox məbləğ udmağa imkan verir. Lakin sonra bu cür saytın “sahibi” çıxarış üçün muxtəlif bəhanələr gətirməyə başlayır. Verifikasiyadan keçmək,şəxsiyyəti təsdiq etmək, pasporta baxmaq və sairə kimi bəhanələr uydurur.

Nəticədə dələduz saytı bağlayır və qurbanların pulları ilə yoxa çıxır. 

Fişinq və hesabların “hack” olunması

Daha kiçik oğrular  VİP statusu olan hesabları “hack” etməyə üstünlük verirlər. Onlar insanı fişinq saytına cəlb etmək üçün əlindən gələni edir. Onlayn resursun tam kopiyası hazırlanır — öyrəşdiyimiz bloklar, yazı və rənglər əlavə olunur. Dublikat oxşar adresli adla qeydiyyatdan keçir. Müştəri təsadüfən bucür sayta girib login və şifrəni daxil edir. Dələduz tez rəsmi sayta daxil olur və vəsaiti çıxartmaq istəyi göndərir. 

Əgər fişinq saytına diqqətlə baxsaq, fərqi görmək olar. 

100% uduşlu sistem

Bu halda dələduz bildirir ki, o oyun avtomatlatı və ya konkret kazinonu necə aldatmaq olar, bunun yollarını izah etməyə hazırdı. Bunun üçün isə o kiçik məbləğdə puı istəyir. Köçürmə həyata keçirildikdən sonra cani yoxa çıxır, və ya əslində işə yaramayan strategiya verir.

Əslində heç bir asan uduşu olan sistem yoxdur. Özünüzü aldatmağa imkan verməyin!